Azedu.az

Ən çox plan yeri ayrılan peşələr AÇIQLANDI

Peşə təhsili

23 İyul 2026, 11:12
Ən çox plan yeri ayrılan peşələr AÇIQLANDI

“2026/2027-ci tədris ili üzrə qəbul planında əmək bazarında tələbat olan ixtisaslara üstünlük verilib”.

AzEdu.az xəbər verir ki, bu barədə Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə məlumat verib.

Qəbul planında ən çox yer ayrılan ixtisasların siyahısında aşpaz ixtisası ilk sıradadır. Bu ixtisas üzrə 2 040 plan yeri müəyyənləşdirilib.

Ən çox plan yeri ayrılan ixtisaslar arasında bərbər-vizajist-manikürçü və dərzi ixtisasları da yer alır. Hər iki istiqamət üzrə 1 320 plan yeri nəzərdə tutulub.

Bundan əlavə, elektrik montyoru və əməliyyatçı-mühasib ixtisaslarının hər biri üzrə 1 140, elektrik qaz qaynaqçısı ixtisası üzrə 1 040 plan yeri ayrılıb.

Kompüterlərin təmiri və xidməti üzrə texnik ixtisasına 800, qrafik dizayner və avtomobillərin təmiri çilingəri ixtisaslarının hər birinə 720, bitkiçilik mütəxəssisi ixtisasına isə 640 plan yeri verilib.

İlqar Bayramlı ən çox plan yeri ayrılan peşə təhsili müəssisələri barədə də məlumat verib.

Ən yüksək qəbul planı  Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə aiddir. Bu müəssisə üzrə 1 520 plan yeri müəyyənləşdirilib.

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində 1 240, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində isə 1 120 plan yeri nəzərdə tutulub.

Bərdə və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzlərinin hər birinə 1 100, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə 1 100 plan yeri ayrılıb.

Həmçinin Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi üzrə 1 040, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi üzrə 1 020, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üzrə isə 960 plan yeri müəyyənləşdirilib.

Qəbul planının hazırlanması zamanı həm əmək bazarının tələbləri, həm də regionların kadr ehtiyacı əsas götürülüb".

TƏCİLİ! Rusiyaya dəhşətli zərbələr endirilir -Xeyli sayda yaralı var
Son xəbərlərDaha çox