Azedu.az

Peşə təhsili alanlarla hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

Peşə təhsili

23 İyul 2026, 11:49
Peşə təhsili alanlarla hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ

"Peşə təhsili alanlarla bağlı hərbi xidmətdən möhlət hüququnda dəyişiklik nəzərdə tutulmur".

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, hazırda ümumi təhsil bazasından peşə təhsili müəssisələrinə qəbul olunan və 20 yaşadək olan şəxslər hərbi xidmətdən möhlət hüququndan istifadə edirlər.

Direktor bildirib ki, digər təhsil bazalarından və fərqli kateqoriyalar üzrə qəbul olunan şəxslərlə bağlı mövcud qaydalarda hər hansı dəyişiklik nəzərdə tutulmur.

"Hazırda qüvvədə olan qaydalar tətbiq edilir. Gələcəkdə bu məsələ ilə bağlı zərurət yaranarsa, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıla bilər. Lakin hazırda bununla bağlı hər hansı dəyişiklik gündəmdə deyil".

TƏCİLİ! Rusiyaya dəhşətli zərbələr endirilir -Xeyli sayda yaralı var
Son xəbərlərDaha çox