Azedu.az

Milli Məclisdə tələbələrlə bağlı təklif verildi

AzEdu Təhsil Platforması

22 Sentyabr 2026, 15:14
Milli Məclisdə tələbələrlə bağlı təklif verildi

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov komitənin bugünkü iclasında deyib.

Onun fikrincə, Azərbaycanda bu təşkilatların mövcudluğu hiss edilmir:

"Bu sahədə durğunluq yaşanır. Əvvəllər gənclərin inkişafı üçün çoxlu layihələr, faydalı tədbirlər, görüşlər, səfərlər təşkil olunurdu. Düşünürəm ki, həmin təşkilatlarla parlamentdə görüşlərin təşkili önəmlidir. Onlarla ünsiyyət quraq, dinləyək. Bəlkə də elə məsələlər var, biz onlara kömək edə bilərik. Bəzi qurumlar var ki, onların da köməyi ilə bu sahəni canlandıra bilərik".

Putin üçün əsl cəhənnəm başlayır - Sərhəddə yeni müharibə
Son xəbərlərDaha çox