Azedu.az

16 peşə təhsili müəssisəsində yenilənmə işləri aparılır

Peşə təhsili

23 İyul 2026, 11:32
16 peşə təhsili müəssisəsində yenilənmə işləri aparılır

"16 peşə təhsili müəssisəsində yenilənmə işləri aparılır".

AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

"Hazırda ümumilikdə 16 peşə təhsili müəssisəsində yenidənqurma, əsaslı təmir və layihələndirmə işləri həyata keçirilir.

4 müəssisədə yenilənmə işləri artıq yekunlaşıb. Bu çərçivədə Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzlərində yenidənqurma, Tərtər və Neftçala Peşə Məktəblərində isə əsaslı təmir işləri başa çatdırılıb.

Daha 5 müəssisədə işlər davam etdirilir. Yenidənqurma işləri Füzuli və Kəlbəcər Dövlət Peşə Təhsil Mərkəzlərində, Quba Peşə Liseyində, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aparılır. Şuşa Dövlət Peşə Təhsil Mərkəzində isə əsaslı təmir işləri davam edir".

İlqar Bayramlı bildirib ki, 7 peşə təhsili müəssisəsi üzrə isə layihələndirmə mərhələsi həyata keçirilir.

"Yenidənqurma layihələri Zəngilan, Qubadlı və Ağdam Dövlət Peşə Təhsil Mərkəzlərini, Qax Peşə Liseyini, Tovuz Dövlət Peşə Təhsil Mərkəzini, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzini əhatə edir. Bundan əlavə, Salyan Peşə Liseyində əsaslı təmir üzrə layihələndirmə işləri aparılır".

TƏCİLİ! Rusiyaya dəhşətli zərbələr endirilir -Xeyli sayda yaralı var
Son xəbərlərDaha çox