Azedu.az

Xarici ölkələrdə qayib sistemi: “Tələbə və şagirdləri cəzalar gözləyir”

Xaricdə Təhsil

25 Sentyabr 2024, 15:21
Xarici ölkələrdə qayib sistemi: “Tələbə və şagirdləri cəzalar gözləyir”

Azərbaycanda dərsə gəlməyən şəxslərə qayib yazılması qaydası  təhsilin keyfiyyətini qorumaq və tələbələrin dərslərə davamlı şəkildə qatılmalarını təmin etmək məqsədi daşıyır.

 

Maraqlıdır, bəs, dünya təcrübəsində dərsə gəlməyən şagirdlərin davamiyyəti necə tənzimlənir?

 

Mövzu ilə bağlə təhsil ekperti Kamran Əsədov AzEdu.az-a məlumat verib.

 

Ekspert ilk növbədə ABŞ və Avropa ölkələrində qayib sisteminə nəzər salıb:

 

“Avropanın ali təhsil sistemlərində qayib sistemi ümumi qəbul olunmuş bir praktika kimi mövcuddur. Tələbələr müəyyən qayib limitini keçdikdə həmin fəndən kəsir alır və bu, onların yekun qiymətləndirməsinə təsir edir. Məktəblərdə də davamiyyətin izlənməsi önəmlidir, lakin şagirdlər üçün qayib limitinin pozulması ciddi akademik nəticələrə səbəb olmaya bilər. Bununla belə, məktəblərdə davamiyyət aşağı olduqda valideynlərlə əlaqə qurulur və zəruri tədbirlər görülür.

 

Finlandiya kimi qabaqcıl təhsil sistemlərində də qayib sistemi var, lakin bu, tələbələrin rifahını qorumaq və onların motivasiyasını artırmaq üçün daha incə şəkildə tətbiq olunur. Məktəblərdə davamiyyətin izlənməsi vacibdir, lakin şagirdin dərsdən geri qalmaması üçün fərdi dəstək proqramları da mövcuddur. Ali təhsil müəssisələrində isə qayib limiti ciddi şəkildə izlənilir, çünki tələbələrin dərslərdə iştirakı onların akademik müvəffəqiyyəti üçün əsasdır.

 

Cənubi Koreya və Yaponiya kimi Asiya ölkələrində qayıb məsələsinə çox ciddi yanaşılır. Bu ölkələrdə həm məktəblərdə, həm də universitetlərdə qayib limiti çox azdır və tələbə və ya şagird bu limiti keçdikdə akademik cəzalar tətbiq olunur. Bu qaydalar tələbələrin dərslərdə iştirakını və tədrisin keyfiyyətini yüksək səviyyədə saxlamağa kömək edir”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox