Azedu.az

ADNSU-da təlim: “Effektiv kommunikasiya”

Ali təhsil

13 Mart 2025, 11:46
ADNSU-da təlim: “Effektiv kommunikasiya”

Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “YeniSən” platformasının proqramı çərçivəsində “Effektiv kommunikasiya” mövzusunda ilk təlim-sessiya təşkil olunub.

Universitetdən AzEdu.az-a bildirilib ki, təlimin əsas məqsədi tələbələrin yumşaq bacarıqlarını inkişaf etdirmək, ünsiyyət qabiliyyətlərini gücləndirmək və onları gələcək karyera həyatına daha hazırlıqlı etməkdir. Təlim zamanı təcrübəli təlimçilər tələbələrlə interaktiv müzakirələr apararaq effektiv ünsiyyətin vacibliyini vurğulayıblar, tələbələrə uğurlu karyera üçün önəmli olan metod və yanaşmalar haqqında geniş məlumat veriblər.

Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb. 

Putindən orduyla bağlı KRİTİK TAPŞIRIQ - 2 milyondan çox əsgər...
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox