Azedu.az

Deputat: Distant təhsilə keçməliyik

Təhsil qanunvericiliyi

10 Oktyabr 2024, 15:48
Deputat: Distant təhsilə keçməliyik

Xarici ölkələrin bir çoxunda distant təhsil  forması mövcuddur. Bu forma insanların iş və təhsillərini eyni anda idarə etmələrinə, dünyanın ən prestijli universitetlərində istədikləri ixtisas üzrə oxumağa imkan verir. Baxmayaraq ki, ölkəmizdə pandemiya dövründə distant təhsil təcrübəsi formalaşdı, ancaq təhsil forması kimi distant təhsil Azərbaycanda tanınmır.

 

Bəs, görəsən, biz distant təhsil formasına keçə bilərikmi?  Bu formanın hansı üstünlükləri var?

 

Mövzu ilə əlaqədar Milli Məclisin sədr müavini Musa Quliyev AzEdu.az-a açıqlama verib.

 

“Azərbaycan distant təhsil formasına keçməyə hazırdır”,-deyə millət vəkili sözə başlayıb:

 

“Hesab edirəm ki, distant təhsilə başlamaq lazımdır. Bu sistemə keçmək üçün hüquqi cəhətdən heç bir əngəl yoxdur. Prosesin rəsmiləşməsi üçün “Distant təhsil haqqında” qanun qəbul oluna, yaxud müvafiq normativ sənədlər hazırlana bilər. Ancaq qanun qəbul edilməsə belə, “Təhsil haqqında” qanunda da distant təhsili əngəlləyən heç bir maddə yoxdur.  Sadəcə təhsil sahəsindəki islahatlar bir qədər ləng getdiyi üçün biz hələ də distant təhsilə keçid edə bilməmişik. Görünür, distant təhsildən əvvəl başqa problemlər var. Ancaq hər bir halda bu problemlər bir-birinə mane olmur.

 

Vətəndaşlarımıza distant təhsil almaq üçün şərait yaradılmalıdır. Kimin harada, necə imkanı varsa, elə də təhsil almalıdır. Çünki oxumağın heç kimə zərəri olmur. Onsuz da işə götürülən zaman diploma yox, bilik və bacarıqlara baxırlar. Bu səbəbdən də oxumaq istəyənlər üçün əngəllər ortadan qalxıb, bütün imkanlar yaradılmalıdır”.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox