Fevralın 14-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Sünniya Durrani-Camal ilə görüşüb.
AzEdu.az xəbər verir ki, görüş çərçivəsində AİB ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.