Aprelin 11-də saat 09:50 radələrində 1988-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə AzEdu.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Sol saidin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
11:46
AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.
1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.