AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
17 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
17 mart Ümumdünya Yuxu Günüdür:
Ümumdünya Yuxu Günü ilk dəfə 2008-ci ilin martında qeyd edilib və həmin vaxtdan Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə sağlamlıq və yuxu problemləri çərçivəsində hər il martın üçüncü cümə günü Ümumdünya Yuxu Günü kimi tibbi tarixə daxil edilib.
17 mart 2015-ci ildə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməli qoyulub:
TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. 2018-ci ildə istismara verilməsi planlaşdırılan TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.
17 mart 1950-ci ildə “Kalifornium” adlanan radioaktiv kimyəvi element kəşf olunub.
17 mart 1901-ci ildə Van Qoqun rəsmləri Parisdəki Bernheim-Jeune qalereyasında nümayiş etdirilməyə başlayıb:
1890-cı ildə intihar edən rəssam sağlığında cəmi bir tablo satıb.
17 mart 1992-ci ildə Azərbaycan Almaniya ilə diplomatik əlaqələr qurub.