Azedu.az

Uşaqlar arasında gimnastika birinciliyi keçirilib

16 Fevral 2025, 09:19
Uşaqlar arasında gimnastika birinciliyi keçirilib

Azərbaycan Gimnastika Federasiyası milli yarışlar mövsümünə start verib. 

AzEdu.az xəbər verir ki, Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 9-cu, tamblinq üzrə 21-ci ölkə çempionatı və Bakı birinciliyi yarışı keçirilib. 

İki gün ərzində müxtəlif yaş kateqoriyalarında idmançılar hər iki gimnastika növü üzrə qalibiyyət uğrunda mübarizə aparıblar. Batut gimnastikası üzrə yarışlarda gimnastlar balacalar (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyalarında fərdi və sinxron proqramlar üzrə çıxış ediblər.

Tamblinq yarışlarında isə iştirakçılar balacalar (2016-2018), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2009-2010) və böyüklər (2008 və daha böyük) yaş kateqoriyaları üzrə performanslarını nümayiş etdiriblər. 

Sonda qaliblərə medallarla yanaşı, diplom və hədiyyələr təqdim olunub.

TƏCİLİ! Moskvada DƏHŞƏT YAŞANIR - Ölənlərin sayı artır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox