Azedu.az

13 aprel tarixli buraxılış imtahanlarının düzgün cavaları açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM)

14 Aprel 2025, 16:13
13 aprel tarixli buraxılış imtahanlarının düzgün cavaları açıqlandı

Aprelin 13-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

AzEdu.az xəbər verir ki, doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin (DİM) saytına yerləşdirilib.

2025-ci il aprelin 13-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 5 həftə ərzində elan olunması nəzərdə tutulur. 

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox