Azedu.az

Sertifikatlaşdırma ilə bağlı görüşlərə start verilib

Bakı Şəhər üzrə Təhsil İdarəsi

3 Mart 2025, 17:00
Sertifikatlaşdırma ilə bağlı görüşlərə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) müəllimlərə dəstək məqsədilə  sertifikatlaşdırma prosesinə həsr olunmuş görüşlərə start verilib.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən ilk görüşdə BŞTİ-nin İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Yasamal və Səbail rayonları üzrə fizika, kimya, biologiya, coğrafiya və informatika müəllimləri iştirak ediblər.

BŞTİ-nin sektor müdiri Aygün Bayramova dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının əhəmiyyəti barədə danışıb, müəllimlərin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına, təhsilin keyfiyyət göstəricilərinə təsirləri, sertifikatlaşdırma prosesinin qaydaları haqqında məlumat verib.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.

TƏCİLİ! Rusiyanın əraziləri VURULUR - Ardıcıl partlayışlar
Son xəbərlərDaha çox