Azedu.az

Paytaxt üzrə 87 mindən çox şagird məktəbi bitirir

Bakı şəhəri üzrə Təhsil İdarəsi

9 İyun 2026, 13:16
Paytaxt üzrə 87 mindən çox şagird məktəbi bitirir

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 222, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir.

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 41 941 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 530 988 şagird təhsil alır.

Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 32 052 müəllim fəaliyyət göstərir.

2025-2026-cı tədris ilində paytaxt üzrə ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 371 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Bakıda əhaliyə Ukraynaya görə XƏBƏRDARLIQ - Bunu etməyin!
Son xəbərlərDaha çox