Azedu.az

Yeni təmayül tədris modeli üzrə müraciət edən şagirdlərin SAYI

Bakı şəhəri üzrə Təhsil İdarəsi

27 Avqust 2026, 11:18
Yeni təmayül tədris modeli üzrə müraciət edən şagirdlərin SAYI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində yeni təmayül təhsil modeli üzrə avqustun 27-dək 7845 şagird elektron sistem üzərindən qeydiyyatdan keçib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, yeni təmayül tədris modelinə X-XI sinif şagirdlərinin qeydiyyatı sentyabrın 1-dək davam edəcək.

Qeyd edək ki, 2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Belə ki, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Yeni təmayül tədris modeli şagirdlərin akademik inkişafını və gələcək təhsil hədəflərinə uyğun hazırlığını gücləndirməklə yanaşı, peşəkar müəllim potensialının tədris prosesində daha səmərəli dəyərləndirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Rusiyadan şok etiraf - Putini altatdılar, əsgərlərimiz qırılır
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox