Azedu.az

“Kitab klubu”nda növbəti müzakirə

Bakı şəhəri üzrə Təhsil İdarəsi

26 May 2026, 12:12
“Kitab klubu”nda növbəti müzakirə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əməkdaşların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə reallaşdırılan “Kitab klubu”nda növbəti görüş keçirilib.

AzEdu.az xəbər verir ki, “Kitab klubu” çərçivəsində növbəti müzakirə Viktor Franklın "İnsanın məna axtarışı" əsərinə həsr olunub.

Əsər ətrafında aparılan fikir mübadiləsi zamanı insan həyatında mənəvi dəyərlərin rolu, çətinliklər qarşısında psixoloji dayanıqlılığın qorunması, məqsədə çatmaq uğrunda mübarizə və həyatın mənası kimi mövzulara toxunulub. İştirakçılar kitabın əsas ideyaları barədə düşüncələrini bölüşərək əsərin insanın formalaşması və motivasiya baxımından aktuallığını vurğulayıblar.

Sonra növbəti müzakirə üçün seçilə biləcək əsərlər barədə fikir mübadiləsi aparılıb və iştirakçıların təklifləri dinlənilib.

Qeyd edək ki, “Kitab klubu”nun əsas hədəfləri əməkdaşlar arasında mütaliə vərdişlərini təşviq etmək, analitik düşüncə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda kollektiv daxilində intelektual mühitin gücləndirilməsinə töhfə verməkdən ibarətdir

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox