Azedu.az

Sumqayıtda uşaq bağçasının boş korpusunda yanğın baş verib

Bağçalar

16 Dekabr 2024, 14:38
Sumqayıtda uşaq bağçasının boş korpusunda yanğın baş verib

Sumqayıt şəhərində yerləşən 25 saylı körpələr-evi uşaq bağçasının təmir gedən korpusunun çöl elektrik xəttində qısaqapanma nəticəsində yanğın baş verib.

AzEdu.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin həmin korpusunda təmir həyata keçirildiyindən boş olub. Əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, digər korpusda olan uşaqlar və tərbiyəçi müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb. Yanğın zamanı yalnız elektrik xətti zərər görüb.

Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır, bağçanın elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır. Bildiririk ki, məktəbəqədər təhsil müəssisəsinin digər korpusunda təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox