Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-02 17:00:00
Məşhur universitetin rektoru əcnəbi tələbələri cəlb etməyin yollarını açıqladı

Əcnəbi tələbələrin sayına görə Türkiyə universitetləri arasında ilk beşlikdə yer alan Bursa Uludağ Universitetinin ümumi tələbə kontingenti 75 000-dən çoxdur.  Bu ali təhsil müəssisəsi 133 müxtəlif ölkədən olan tələbələrə ev sahibliyi edir.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hər 12 şagirddən birinin əcnəbi olduğu deyilən universitetə Cənebi Koreya, Peru kimi uzaq ölkələrin gəncləri daha çox maraq göstərirlər.

Universitetin rektoru professor Yusuf Ulucay uzaq ölkələrin bu ali təhsil müəssisəsinə olan marağının səbəblərini açıqlayıb. Öncə isə əsas hədəflərdən birinin 2023-cü ilədək ölkə miqyasında beynəlxalq tələbələrin sayını 200 000ə çatdırmaq olduğunu deyib. O qeyd edib ki, rektor təyin olunduğu 2015-ci ildə universitetdə cəmi 300 əcnəbi tələbə təhsil alırdı:

“Hazırda isə onların sayı 6 343-ə çatıb. Onların 1000-ə yaxını magistratura pilləsi üzrə təhsil alırlar.

Mən vəzifəyə gəldikdə əcnəbi tələbələrin təhsil üçün məhz türkcə öyrənməsi gözləmədim. Onların ölkələrinə ayrı-ayrılıqda gedərək universiteti tanıtdıq. Bu yolla əcnəbi tələbə kütləsini cəlb etməyi bacardıq.

Universitetə qəbul imtahanını Türkiyə də daxil olmaqla, 10 fərqli ölkədə təşkil etdik. Yalnız türkcə deyil getdiyimiz ölkələrin dili ilə imtahan götürməyə başladıq. Təkcə bu il 2000-ə yaxın əcnəbi tələbə qəbul  etmişik”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları