Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-02 13:05:00
10 000-dən çox kitab oxuyan 5 yaşlı çinli-“Təhsil yolu”

Çində uşağın 5 yaşınadək olan zehni fəaliyyəti araşdırılıb. Azyaşlının intellekyual bacarıqlarını əks etdirən yazı Çin təhsil sitemi barədə mübahisələrə səbəb olub. Araşdırmadan məlum olub ki, ölkədəki özəl təhsil müəssisələri bu qədər erkən yaşda uşaqları böyük bir rəqabətin içinə atır.

Çinin məşhur sosial media platforması olan Veiboda paylaşılan araşdırma xeyli izləyicinin marağına səbəb olub.

Yazıda azyaşlının müxtəlif xobbilərinin olduğu, pianoda ifa etdiyi, futbol oynadığı, da qeyd edilib.

Səhifələrin birində 5 şaylı uşağın həm ingilis, həm də çin dilində  10 000-dən çox kitab oxuduğu da iddia edilib.

Başqa bir səhifədə isə 5 yaşlı Çinli şagirdin bugünəcən səyahət etdiyi ölkələrin xəritəsi yer alıb.

Azyaşlının xarakteri barədə hazırlanan bölümdə isə onun güclü xarakterə sahib olduğu bildirilib.

Sosdial media istifadəçiləri isə 5 yaşlı şagirdin bu günəcən olan zehni fəaliyyətindən xeyli təəccübləndiklərini bildiriblər. İzləyicilərdən biri isə bu uşağın 5 yaşınacan etdiklərini ömür boyu edə bilməyəcəyini bildirib.

Mütəxəssislər qeyd edib ki, bunlar ölkədə özəl məktəb və dərslərə olan ehtiyacın artmasından qaynaqlanır.

Şangaydakı özəl məktəblərə göndərilən məktubda isə şagird qəbul edərkən onun zehni fəaliyyətini araşdırmaq tapşırılıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları