Azedu.az

Məktəblərə psixoloq vəzifəsinə işə qəbul imtahanı keçirilib 

Orta təhsil

14 Noyabr 2025, 10:41
Məktəblərə psixoloq vəzifəsinə işə qəbul imtahanı keçirilib 

Noyabrın 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq vəzifələrinə işə qəbulu müsabiqəsi üçün test imtahanı keçirilib. 

Nazirliyin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, test imtahanında 23 namizəd iştirak edib. 

İmtahanında hər namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilib.

Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı məlumat imtahan bitdikdən sonra dərhal yoxlanılaraq namizədə təqdim olunub. Test suallarının 60 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıb.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox