https://www.zirve.edu.az/
24.12.2018 14:15
Portuqaliyanın kosmik agentliyi 2019-cu ildə Azor adalarında fəaliyyətə başlayacaq
Çap et

Portuqaliyanın elm, texnologiyalar və ali təhsil naziri Manuel Eytor bildirib ki, “Portugal Space” kosmik agentliyi növbəti ilin mart ayınadək fəaliyyətə başlayacaq.

Azor adalarındakı Santa-Mariya adasında yerləşən agentlik kosmosda yeni fəaliyyət və biznes sahələrini inkişaf etdirəcək, kiçik peyklərin vasitəsilə Yerin müşahidəsini aparacaq.

AzEdu.az LUSA informasiya agentliyinə istinadla xəbər verir ki, portuqaliyalı nazir bu agentliyin yaradılmasının onu ölkəsinin Avropa Kosmik Agentliyi və Avropa İttifaqının proqramlarında daha fəal iştirakına şərait yaradacağını bildirib. Onun sözlərinə görə, əsas məqsəd yeni sahələrin yaradılmasına dəstək verilməsi, Portuqaliyada ikiç raket və peyklərin buraxılması və istehsalı ilə bağlı yüksəkixtisaslı peşələrin önə çıxarılmasıdır. Nazir mikropeyklərin topladığı məlumatlardan müxtəlif sahələrdə istifadə olunacağını da əlavə edib.

Portuqaliyalı nazir vurğulayıb ki, “Portugal Space” agentliyinin sayəsində bu sektorda 20 min yeni iş yeri açılacaq və sərmayələrin həcmi 400 milyon avrodan çox olacaq.(AZƏRTAC)