Azedu.az

Sumqayıtda aşan ağacın altında qalan məktəbli qız ağır xəsarət aldı

Orta təhsil

2 Dekabr 2018, 11:58
 Sumqayıtda aşan ağacın altında qalan məktəbli qız ağır xəsarət aldı

Sumqayıtda əsən güclü külək ağacı məktəblinin üzərinə aşırıb. Hadisə şəhərin Kottec adlanan yaşayış massivində qeydə alınıb.

AzEdu.az Report.az-a istinadən xəbər verir ki, blə ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Aysun Məcidova təhsil aldığı 9 saylı tam orta məktəbdən evə qayıdarkən güclü külək nəticəsində üzərinə ağac aşıb. O, xəsarət alıb.

A.Məcidova Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

 

TƏCİLİ! Türkiyədən Bakıya rədd cavabı - Gərginlik niyə dayanmır?
Son xəbərlərDaha çox