Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 10:51:24
Məşhur imtahanın qəbul şərtləri sadələşdirildi – Gənclərə şad xəbər

ÖSYM tərəfindən təşkil edilən imtahanlara son 6 ayda bir neçə dəyişiklik edilib. Bu dəyişikliklərə test mərkəzlərinin sayının artması, yeni dil testlərinin tətbiqi və etibarlılıq müddətinin uzadılması daxildir. Ən çox yenilik isə elə Azərbaycandan da bir çox tələbənin müraciət etdiyi ALES-də tətbiq edilib.

AzEDU Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, son 6 ayda ALES-in etibarlılıq müddəti və tətbiq olunan mərkəzlərin sayı artırılıb. Əlavə olaraq, ALES imtahanında sualların sayı azaldılsa da, bir suala ayrılan vaxt uzadılıb. Dəyişikliklərdən əvvəl ALES 160 sual və 180 dəqiqədən (3 saat) ibarət idi. Yeni tənzimləmə ilə isə sualların sayı 50-si dəqiq, 50-si humanitar məzmunlu olmaqla 100 suala endirilib. 100 sualdan ibarət imtahanın ümumi müddəti 150 dəqiqə (2.5 saat) olaraq təyin olunub.

Namizədlərin ALES haqda ən çox şikayət etdiyi mövzulardan biri də nəticələrin etibarlılıq müddəti idi. Şikayətlər nəzərə alınaraq, imtahandan sonra əldə olunan nəticənin keçərlilik müddəti 3 ildən 5 ilədək artırılıb. Beləki, dəyişiklik nəticəsində növbəti 5 il ərzində tələbələr həmin nəticə ilə magistratura sənəd verə bilərlər.

Qeyd edək ki, ALES imtahanı Türkiyədə magistratura və doktorantura təhsili almaq istəyənlərin və Türkiyədən xaricə göndəriləcək magistr tələbələrinin seçilməsi üçün keçirilir. Türkiyədə ali təhsilin magistr və doktorantura pillələrini qazanmaq istəyən həm türkiyəli, həm də xarici ölkə vətəndaşları bu imtahanda iştirak etməlidirlər. ALES imtahanında bakalavr, magistr məzunları və son kurs tələbələri iştirak edə bilərlər. Bu imtahan ildə iki dəfə - yaz və payızda - keçirilir.

Nəzrin Cavid