![](https://azedu.az/uploads/news/2018/03/abs_mutexessisi.jpg)
6-30 mart 2018-ci il tarixlərində “Təhsil Siyasəti və Sosial Təhlildə Təcrübə” üzrə ixtisaslaşan beynəlxalq dərəcədə tanınmış Kolumbiya Universitetinin professoru Amra-Sabic-El-Rayess ADA Universitetində, Bakı Mühəndislik Universitetində, Xəzər Universitetində və Bakı Dövlət Universitetində ictimai mühazirələr və seminarlar təşkil edəcək.
Bu baradə ABŞ-ın Azərbaycandakı səfirliyindən AzEDU-ya verilən məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, o, həmçinin Azərbaycanda təhsil siyasətini müzakirə etmək üçün Təhsil Nazirliyinin əməkdaşları ilə də görüşəcək. Professorun təhsil sahəsində tədqiqatlar, təhsilə dair sübuta əsaslanan siyasətin formalaşdırılması, ölkədə təhsilin inkişafı problemləri və tədqiqatın kəmiyyət metodları üzrə seminarlarında əsas iştirakçılar doktorantlar, təlimçilər və universitet şurasının üzvləri olacaqlar.
Professor Amra-Sabic-El-Rayess Kolumbiya Universitetində Təhsil Siyasəti və Sosial Təhlildə Təcrübə üzrə dosentdir. O, ictimai hərəkətlilik, təcrid olunma, elit qrupun formalaşması, korrupsiya, təhsil liderliyi və təşkilatı, keçid ədaləti və müəllim keyfiyyəti kimi bir sıra məsələlər üzrə tədris edib və tədqiqatlar aparıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)