Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-26 05:39:37
Azərbaycanda ehtiyat dərsliklər hazırlanır

Məktəblərdə keçirilən bəzi fənlər üzrə ehtiyat dərsliklər hazırlanır. Məqsəd tədris prosesinin effektiliyini artırmaq üçün dərsliklərin daha da təkmilləşdirilməsidir.

AzEDU.az  Xəzər xəbər-ə istinadən məlumatına görə, ilkin olaraq dərsliklər birinci və dördüncü siniflərin "Azərbaycan dili" və "Riyaziyyat" fənləri üzrə hazırlanacaq. Dərsliklər Nazirlər Kabinetinin sərəncamına əsasən, Təhsil İnstitutu nəzdində yaradılmış Tədris Resursları Mərkəzi tərəfindən hazırlanacaq.

Ehtiyat dərsliklərin hazırlanması ilə bağlı artıq beynəlxalq təcrübə də öyrənilib. Keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər "eksperimental dərslik" sayılacaq.

Ekspertlərin fikrincə, bu metod beynəlxalq təcrübədə də geniş yayılıb və ölkəmizdə də fənlər üzrə ehtiyat dərsliklərin hazırlanması tədris prosesini daha da inkişaf etdirəcək.