Azedu.az

İntihar edən yeniyetmə bu məktəbin şagirdidir

Şəki-Zaqatala

23 Sentyabr 2024, 00:02
İntihar edən yeniyetmə bu məktəbin şagirdidir

Zaqatalada 14 yaşlı yeniyetmənin asılmış meyiti tapılıb. 

AzEdu.az xəbər verir ki, hadisə axşam saat 19 radələrində rayonun Gözbarax kəndində baş verib.


Kənd sakini 2010-cu il təvəllüdlü Həmzət Əkbər oğlu Əliyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə ailə üzvüləri tərəfindən aşkar edilib.

Yeniyəetmə H. Əliyevin ölümünün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, o, Gözbarax kənd tam orta məktəbin IX sinif şagirdi olub. 

Faktla bağlı Zaqatala rayon pkrokurorluğunda araşdırma aparılır.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox