Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-24 07:08:07
İzmirdə üzən kitabxana açılır

İzmirdə 26 mart-1 aprel tarixlərində reallaşacaq kitab həftəsi layihəsi çərçivəsində üzən kitabxananın açılması planlaşdırılır.

AzEDU.az xəbər verir ki, Ahmet Piriştina Arabalı gəmisində min kitabdan ibarət kitabxana fəaliyyətə başlayacaq.

Oxumaq istəyən vətəndaşlar buraya ödənişsiz üzv olaraq iki kitab əldə edə biləcəklər.

İzmir Büyükşəhər Bələdiyyəsi 7 gün davam edəcək layihə çərçivəsində insanlara kitab oxumağı sevdirmək məqsədilə bir sıra yeniliklərə də imza atacaq. Belə ki, könüllü komandanın üzvləri dərsləri ilə məşğul olduqları hər şagirdə kitab hədiyyə edəcəklər. Bundan başqa, həftə ərzində şəhərin bütün küçə və meydanlarında məşhur yazar və şairlərin sözlərinə rast gəlinəcək.

26 mart saat 14:00-da Atatürk Mədəniyyət Mərəzində başlanacaq proqramda kənd kitabxanasının ən çox kitab oxuyan üzvü Cem Tekinə mükafat veriləcək.

Bir sıra yazarlarla oxucuların görüşü də planlaşdırılır.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları