Azedu.az

BMU komandasının hazırladığı PUA birinci olub

15 İyul 2024, 16:14
BMU komandasının hazırladığı PUA birinci olub

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət komandası TEKNOFEST-2024” çərçivəsində keçirilən “Beynəlxalq Pilotuz Uçuş Aparatları” kateqoriyası üzrə müsabiqədə uğur qazanıb.

 

BMU-dan AzEdu.az-a bildirilib ki, komandanın (mentor-Rüstəm Kələntərov, tələbələr-Nadir Daşdiyev, Nurtac Mirili, Rəşad Əliyev, Nihad Məhərrəmov, Məhəmməd Yusubov) hazırladığı PUA ilk mərhələdə 80.5 xal (100) toplayaraq Azərbaycan üzrə birinciliyi qazanıb.

 

BMU-nun komandası hazırda müsabiqənin ikinci mərhələsində mübarizə aparır və nəticədən asılı olaraq Türkiyənin Adana şəhərində keçiriləcək “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalında iştirakı planlaşdırılır.

 

Layihə ilkin hazırlıq müddətində də müxtəlif müsabiqələrdə təqdim olunub,  Azərbaycan - Türkiyə Elm və İnnovasiya Ekosisteminin ekspertləri tərəfindən müsbət rəy alıb.

 

 

 

Pezeşkianın KRİTİK Bakı səfəri - Kimlər narahatdır?
Son xəbərlərDaha çox