Azedu.az

Kitabsevərlər üçün“Açıq qapı” günləri...

Maraqlı

28 May 2024, 17:11
Kitabsevərlər üçün“Açıq qapı” günləri...

İyunun 3-4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Açıq qapı” günləri keçiriləcək.

 

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, kitabsevərlər həmin günlərdə Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, göstərilən xidmətlərlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri ilə yaxından tanışlıq imkanı əldə edəcəklər.

 

Tədbir çərçivəsində kitabsevərlər MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət guşələrə baxacaq, “Naxçıvan MR-100”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Füzuli-530”, “Əziz Səncər” adlı sərgilərlə tanış olacaqlar.

 

“Açıq qapı” günləri saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox