Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-28 15:30:41
Gənc avarçəkənimiz Bratislavada medal qazandı

Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası” keçirilib.

 

AzEdu.az xəbər verir ki, yeniyetmə və gənclər arasında keçirilən reqatada komandamız 6 nəfərlik heyətlə təmsil olunub.

 

 

Komandamızın üvzləri arasında Paşa Əsgərov bürünc medal qazanıb. O, 5000 metr məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çatıb.

 

Amil Ramazanov 200 metr məsafəyə kayak yürüşlərdə uğurlu çıxış edərək A finalına yüksəlib. Yekun nəticədə Ramazanov ümumi yarış iştirakçıları arasında 8-ci sırada qərarlaşıb.