Azedu.az

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib  

Orta təhsil

24 Aprel 2024, 14:59
İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib  

Azərbaycanın İraqdakı səfirliyinin təşəbbüsü və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyilə Bağdadda xeyriyyə tədbiri keçirilib.

 

Səfirlikdən AzEdu.az-a verilən məlumata görə, Bağdadda fəaliyyət göstərən tanınmış ərəb ədəbiyyatçısı, fiqh alimi və tanınmış xəttat Qiyasəddin Əl-Aqilinin adını daşıyan ibtidai məktəbin şagirdləri ilə görüş keçirilib və 200 şagirdə məktəb ləvazimatından ibarət hədiyyələr təqdim olunub.

 

Mərasimdə çıxış edən Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Azərbaycan haqqında geniş məlumat verib, xalqlar və dövlətlərimiz arasındakı dostluq əlaqələrindən danışıb.

 

Tədbirdə məktəbin rəhbəri və müəllim heyəti, şagirdlər, valideynlər, İraq Təhsil Nazirliyinin nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.

Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox