Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-15 16:28:26
LDU-da Memorandum imzalanıb
LDU ilə Türkiyə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu arasında Memorandum imzalanıb.
 
Bu barədə LDU-dan AzEdu.az-a xəbər verilib.
 
Bildirilib ki, LDU-nun rektoru, prof. Natiq İbrahimov və İKSAD-ın prezidenti Mustafa Lətif Əmək tərəfindən imzalanan sənəd elm və təhsil, tədqiqat, innovasiyaların inkişafı, birgə tədqiqat layihələri və proqramların hazırlanması sahəsində əməkdaşlıqdan ibarətdir. Eyni zamanda, Memorandum informasiya mübadiləsi, beynəlxalq səviyyəli ekspedisiyaların, konfransların, seminarların və treninqlərin təşkili kimi qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin qurulmasını nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində magistratura, doktorantura, eləcə də ixtisasartırma kursları vasitəsilə elmi-pedaqoji kadr hazırlığı, təhsilin keyfiyyətinin, elmi potensialın yüksəldilməsi kimi mühüm istiqamətlərlə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi Memorandumda nəzərdə tutulur.
 
İmzalanma mərasimindən sonra LDU-nun rektoru, prof. Natiq İbrahimov Azərbaycan-Türkiyə qardaşlığının və bütün sahələrdə əməkdaşlığın davamlı inkişafında dövlətimizin başçısı cənab İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səmərəli fəaliyyətlərini diqqətə çatdırıb. Mövcud Azərbaycan-Türkiyə əlaqələrinin bütövlükdə türkdilli dövlətlər arasında birliyin və əməkdaşlığın daha da möhkəmlənməsini şərtləndirdiyini vurğulayan rektor, əlaqələrin digər sahələrdə olduğu kimi elm və təhsil sahəsində də uğurla inkişaf etdiyini bildirib. LDU-nun beynəlxalq sahədə əlaqələrinin inkişafında qardaş Türkiyənin ali təhsil ocaqları ilə əlaqələrinin əhəmiyyətini qeyd edən prof. Natiq İbrahimov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti və təhsil imkanları barədə hörmətli qonağı məlumatlandırıb.
 
İki dost ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin dinamik inkişafının qürurverici olduğunu qeyd edən Mustafa Lətif Əmək Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin bazasında fəaliyyət göstərən İKSAD-ın elm və təhsillə bağlı əlaqələrin uğurlu inkişafına xidmət etdiyini bildirib, dünyanın 43 ölkəsində fəaliyyət göstərən qurumun tarixindən, həyata keçirdiyi beynəlxalq layihələrdən, əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb, LDU ilə əlaqələrin qurulmasından və münasibətlərin yeni mərhələsinə qədəm qoymasından məmnunluğunu ifadə edib.
 
Görüşdə tərəflər arasında gələcək fəaliyyət istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi edilib.