Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 15:08:00
Kooperasiya Universiteti bağlanır? - İddialara CAVAB  

Azərbaycan Kooperasiya Universitetinin bağlanması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

 

AzEdu.az Təhsil Portalı olaraq məlumatın həqiqiliyini öyrənmək üçün universitetin mətbuat xidməti ilə əlaqə saxladıq.

 

Universitetdən bildirildi ki, məlumat həqiqəti əks etdirmir:

 

“Paylaşım əvvəlcə “telegram” daha sonra isə “tik-tok” sosial şəbəkəsində paylaşılıb. Like və rəy toplamaq məqsədi ilə tələbələrdən biri tərəfindən hazırlanıb. Bununla bağlı universitet kollektivinə hər-hansısa bir xəbərdarlıq edilməyib. Yoxlanılma aparılmayıb. Paylaşılan məlumatın heç bir rəsmi əsası yoxdur”.

 

Paylaşımı təqdim edirik:

 

Açıklama yok.