Azedu.az

Bu ölkənin orta məktəblərində elektron jurnallar və gündəliklər tətbiq ediləcək

Məktəblər

25 Oktyabr 2018, 09:34
Bu ölkənin orta məktəblərində elektron jurnallar və gündəliklər tətbiq ediləcək

Özbəkistanın orta məktəblərində elektron jurnallar və gündəliklər tətbiq ediləcək.

AzEdu.az  AZƏRTAC-a istinadən  xəbər verir ki, “Kundalik” adlanan rəqəmsal təhsil platforması Rusiya məktəblərində tətbiq olunan “Dnevnik.ru” informasiya sisteminə əsaslanır.

Bu sistem onlayn rejimində dərs cədvəlləri qurmağa, müəllimlərin dərs proqramlarını formalaşdırmağa, şagirdlərin dərsə davamiyyətinə nəzarət etməyə imkan yaradır. Valideynlər gün ərzində övladlarının qiymətləri və ev tapşırıqları ilə internet vasitəsilə tanış ola biləcəklər.

Müasir texnologiyalar vasitəsilə müəllimlər üçün də komfortlu şərait yaradılacaq, kağız üzərində hesabat işləri azaldılacaq. Təhsil prosesi “Kundalik” vasitəsi ilə idarə olunacaq, şagirdlərin dərsə davamiyyətləri və bacarıqları üzrə obyektiv hesabatlar hazırlanacaq.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox