Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 20:54:42
Dövlət Gömrük Komitəsinə qəbulun tarixi AÇIQLANDI

Dövlət Gömrük  Komitəsinin strukturuna daxil olan gömrük orqanlarında yaranmış vakant vəzifələrin tutulması ilə bağlı müsabiqə keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

 

Test imtahanı 2024-cü il 9 iyun tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək.

 

Müsabiqənin şərtləri və sənəd qəbulunun vaxtı barədə əlavə məlumat veriləcək.