Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-19 12:09:00
Lənkəranda azyaşlı qız qızılcadan ölüb - YENİLƏNİB 

05.02.2008-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35 radələrində "Kəskin tənəffüz çatışmamazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

 

AzEdu.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata əsasən, xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55 radələrində ölüm faktı qeydə alınıb.

 

Qeyd edək ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.

 

10:03

 

Lənkəranda azyaşlı qız qızılcadan ölüb.


AzEdu.az xəbər verir ki, Veravul kənd sakini 2018 - ci il təvəllüdlü X.Qurbanlı yüksək hərarətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. Zəruri yardımlar göstərilsə də uşağın həyatını xilas etmək mümkün olmayıb.

 


Faktla bağlı araşdırma aparılır.