![](https://azedu.az/uploads/news/2024/02/azedu.az_423766276_7882809098413426_6290038252683228327_n_895.jpg)
Azərbaycanın ən gənc seçicisi məlum olub. Bu, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin sığorta işi ixtisasının II tədris ili tələbəsi Mir-Rasif Rasim oğlu Heydərovdur. Mir-Rasif Heydərovun 18 yaşı növbədənkənar prezident seçkilərinin keçirildiyi 7 Fevral tarixində tamam olacaq. O, 2006-cı ildə Lənkəran rayonunun Seyidəkəran kəndində ziyalı ailəsində anadan olub, ailənin ilkidir.
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, bu gün Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova ölkənin ən gənc seçicisinə seçki bülletenini seçici vəsiqəsi ilə birlikdə təntənəli şəkildə təqdim edib, ilk dəfə səs verməsi və doğum günü münasibətilə kollektiv adından təbrik edərək xoş arzularını çatdırıb.
Söhbət zamanı Mir-Rasif 18 yaşının tamamının 7 Fevral- növbədənkənar prezident seçkiləri ilə eyni tarixə düşdüyündən sevindiyini və həmin gün ikiqat sevinclə məntəqəyə gedərək istədiyi namizədə səs verəcəyini deyib.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)