Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 10:54:58
Azərbaycanda 1 şagirdi olan məktəblər - SİYAHI 

Hazırda Azərbaycanda ən az və ən çox şagirdi olan məktəblərin sayı və onların harada fəaliyyət göstərdiyi maraq doğurur.

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi Modern.az-ın bununla bağlı sorğusuna cavab verib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən saytımıza bildirilib ki, hazırda Azərbaycanda sadəcə 1 şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir.

 

Bu məktəblərdən 1-i Ağsu rayonunda, 2-si İsmayıllıda, 2-si Lerikdə və 2-si Qubada yerləşir.

 

Elm və Təhsil Nazirliyi şagird sayı ən çox olan məktəblərin də harada olduğuna aydınlıq gətirib.

 

Bildirilib ki, şagird sayı 4000-dən çox olan 10 məktəb var ki, bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhəri ərazisindədir.

 

Azərbaycanda şagird sayı 5000-dən çox olan 3 məktəb var ki, bunlardan 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir.