Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-02 09:46:00
MEK dövlətçiliyə dair nəşrlərin virtual sərgisini təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) “Heydər Əliyev İli” çərçivəsində növbəti virtual sərgini təqdim edir.

 

MEK-dən AzEdu.az-a bildirilib ki, sərgidə Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə il ərzində daxil olan ədəbiyyatların bir qismi yer alıb.

 

Burada “30 il quruculuq yollarından”, “Ömürdən səhifələr”, “Mehriban Əliyeva. Həyatın 100 anı”, “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları”, “Heydər Əliyev siyasəti: tarix və müasirlik”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Ulu Öndər Heydər Əliyev siyasətinin müdriklik gücü”, “Heydər Əliyev və klassik irs”, “Mehriban Əliyeva. Azərbaycan mədəniyyətinin hamisi”, “Qarabağ. Tarixi-mədəni irsimizdən”, “Siyasi-iqtisadi reallıqlar” və digər dəyərli nəşrlər var.

 

Sərgidə, həmçinin “2022-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “2021-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cilddə, “Azərbaycan SSR İkinci Dünya müharibəsində (1939-1945)” və digər nəşrlər nümayiş olunur.

 

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elektron kataloquna daxil olub PDF şəklində yükləmək və ya onlayn formada mütaliə etmək mümkündür. Bundan əlavə, şöbədə sözügedən nəşrlərdən ibarət ənənəvi sərgi də təşkil olunub.