Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 11:27:00
Sertifikasiyadan kəsilən 130-a yaxın müəllim yardımçı vəzifələrə TƏYİN OLUNUB

“Təkrar sertifikasiyadan kəsilən və əmək müqaviləsinə xitam verilən 130-a yaxın müəllim işlə təmin olunub”.

 

AzEdu.az xəbər verir ki, bunu agentliyin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

 

“Təhsil yerli idarəetmə orqanlarında müvafiq kommisiya yaradılıb. Bu kommisiya təkrar sertifikasiyadan kəsilən 743 müəllimlə danışıqlar aparıb. Nəticədə 130-a yaxın müəllim müxtəlif işlərlə təmin olunub. Bu işlər əsasən yardımçı vəzifələrdir. Bilavasitə pedaqoji fəaliyyətlə bağlı deyil”- deyə fikrini tamamlayıb.