Azedu.az

Azərbaycanlı alimlərin elmi əsəri nüfuzlu jurnalda dərc edilib

Təhsil Nazirliyi

Elmi institut və təşkilatlar

Təhsil stendi

15 Oktyabr 2023, 17:37
Azərbaycanlı alimlərin elmi əsəri nüfuzlu jurnalda dərc edilib

Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə çap olunub.

 

AzEdu.az xəbər verir ki, “ELSEVİER” nəşriyyatına daxil olan “Journal of Sound and Vibration” 4.7 impakt faktorlu jurnalda dərc edilən məqalə “Sıxılan özlü olmayan mayeyə batırılmış homogen olmayan ön gərginlikli içi boş dairəvi silindirdə yayılan boyuna oxa simmetrik dalğaların dispersiyası” adlanır.

 

Bunlardan başqa qeyd edək ki, son illər həmmüəlliflərin ərsəyə gətirdiyi onlarla elmi aktual məqalə ABŞ, Avropa və Asiyanın yüksək reytinqli jurnallarında nəşr olunub. Bu da elmimizin təbliği istiqamətində son dərəcə əhəmiyyətli hadisədir.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox