Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-31 09:28:41
Tələbə adını qazanan şəhid xanımı təhsil haqqından azad olacaq

Ötən günlərdə təhsil eksperti Adil Vəliyev şəhid xanımının ixtisas seçimini edərkən onların təhsil haqqından azad olmadığını qeyd edib.

 

Sözügedən məsələni gündəmə gətirən ekspert, öz sosial şəbəkə hesabından bu məsələni paylaşıb:

 

“Xanımın istədiyi özəl universitetlə əlaqə saxladım, təəssüf ki, təhsil haqqından azad olmadıqlarını bildirdilər. Neçə nəfər şəhid xanımı təhsil almaq istəyir ki, bu məbləğ universitetler üçün ağır gəlir? Hamısı ali təhsil almaq istəsə belə, bu xidmət onlar üçün əlçatan və ödənişsiz formada olmalıdır” sözləri ilə sosial şəbəkə hesabından çıxış edən ekspertin çağırışı ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev əlaqə saxlayıb.

 

AzEdu.az xəbər verir ki, təhsil haqqı məsələsində Adil Vəliyevin müraciətinə cavab verən Elnur Niftəliyev illik təhsil haqqının ödənişi məsələsinin həll olduğunu bildirib. 

 

Qeyd edək ki, II qrup üzrə imtahan verən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şahin Allahyarovun xanımı  Allahyarova Kəmalə “Azərbaycan” Universitetində Mühasibat ixtisasına qəbul alıb. O qiyabi formada təhsil alacaq.