Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 14:16:00
Abituriyentlərin diqqətinə: “Bu ixtisaslarda ballar artacaq”  

Artıq hər bir ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.

 

Artıq bundan sonra ali təhsil müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi günləri də müəyyən edilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqustda həyata keçiriləcək.

Hazırda isə bütün abituriyentləri maraqlandıran tək amil keçid ballarıdır. Bəs ballarda artım gözlənilirmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi vurğulayıb ki, 200-450 bal aralığında keçid balında artım ola bilər:

 

“Bəli, artıq ali təhsil müəssisələrinə müvafiq olaraq, bütün ixtisas qrupları üzrə nəticələr elan olunub. II və III qruplar üzrə apellyasiya nəticələri də  açıqlanıb, qalıb I və IV qruplar. Onlar da bu həftənin sonu, gələn həftənin əvvəli yekunlaşacaq. Ümumi plan yerləri, təhsil haqlarının əksinin tapacağı jurnal da bu həftənin sonu nəşr olunacaq.

 

Açıklama yok.

 

Keçid ballarının formalaşmasına gəldikdə isə burada dövlət sifarişi üzrə gözləntimiz ondan ibarətdir ki, müəyyən ixtisaslarda enmə müşahidə olunacaq. Yalnız ödənişli əsaslarda xüsusən də, 200-450 bal aralığında keçid balında artım ola bilər. Çünki bu aralıqda bal toplayan abituriyentlərdə nəticələr daha yüksəkdir. Ona görə də abituriyentlər bu məqamda diqqətli olmalıdırlar”,