Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 11:32:30
Rezidenturaya ixtisas seçimi bu tarixdə APARILACAQ

Dövlət İmtahan Mərkəzi (DİM) “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

 

Bu nömrədə həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2022-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları da təqdim olunub.

 

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

 

Xatırladaq ki, hazırda avqustun 13-də keçiriləcək ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək üçün qeydiyyat gedir. İmtahanın ikinci mərhələsində iştirak etmək üçün ərizə qəbulu 2 avqust saat 23:59-dək davam edəcək. Müsabiqədə iştirak etmək üçün ixtisas seçimi isə avqustun 17-dən 22-dək aparılacaq.