![](https://azedu.az/uploads/news/2018/03/milli_kitabxana.jpg)
"Beynəlxalq Kitab Sammiti müxtəlif ölkələrin kitabxanaları arasında qarşılıqlı əlaqələrin qurulmasında çox böyük əhəmiyyətə malikdir".
AzEdu.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirib.
Sammitdə kitabın təbliği, qiymətləndirilməsi, insanlar üçün əlçatan olması və bu istiqamətdə elektron vasitələrdən istifadə ilə bağlı maraqlı müzakirələr aparıldığını nəzərə çatdıran K. Tahirov bildirib ki, artıq sammit çərçivəsində Azərbaycan Milli kitabxanası və San Fransiskodakı internet arxivi kitabxanası ilə əməkdaşlıq üçün danışıqlar aparılıb:
"İki gün bundan əvvəl direktorla görüşdük və gələcək əməkdaşlığın perspektivlərini müəyyən etdik. Bu ilin yanvar ayında Los Anceles kitabxanası ilə belə müqavilə imzaladıq. Bundan başqa, sabah Bolqarıstan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıqla bağlı görüşümüz olacaq, dekabrda müqavilə imzalayacağıq. Eyni zamanda Avropa Milli Kitabxanaları Konfransı çərçivəsində birgə qrant alacağıq və həmin qrant üzərində birgə işləyəcəyik. Son nəticədə bundan faydalanan oxucu və kitabxanalarımız olacaq. Bu əlaqələrin yaradılması oxucularımızın dünya elektron məlumat bazasından istifadəsinə əlverişli şərait yaradacaq. Hədəfimiz budur ki, qarşılıqlı girişlər təmin olunsun və oxucularımız digər kitabxanaların bazasından virtual şəkildə istifadə edə bilsinlər".
O, qeyd edib ki, Azərbaycan Milli Kitabxanası beynəlxalq miqyasda əlaqələrini genişləndirməyə çalışır.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)