Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 15:32:42
MİQ-də bu 4 fənn üzrə namizədlərin yaxşı şansı var

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə şəhid ailəsinin üzvləri olan namizədlər üçün vakansiya seçimi bu gün yekunlaşır.

AzEdu.az-ın məlumatına görə, iyunun 27-dən sona keçid balını (40 bal) toplamış digər namiəzdlər üçün də vakansiya seçiminə start veriləcək.

Vakansiya seçiminə buraxılan namizədlər 8 vakant yer seçə bilərlər. 

Builiki MİQ müsabiqəsi bir sıra məqamlarla yadda qalır.

Qeyd edək ki, bu il əksər fənlər üzrə vakant yerlər artıb.

Ümumilikdə 20427 namizəd 8860 yer uğrunda seçim edə biləcək.

Bu il MİQ-ə rus dili fənni üzrə ümumi olaraq 925 vakant yer çıxarılıb. Vakansiya seçiminə buraxılan namizədlərin sayı isə bundan xeyli az - 465 nəfərdir.

Təsviri incəsənət fənni üzrə də oxşar situasiya yaranıb. Belə ki, bu fənn üzrə vakansiyaya çıxarılan 837 yer uğrunda 606 nəfər mübarizə aparacaq.

Kimya və riyaziyyat fənləri üzrə də vəziyyət nisbətən yaxşıdır.

Belə ki, kimya üçün ayrılan 772 yerə qarşı 800 namizəd, riyaziyyat üzrə 740 yerə qarşı isə 849 namizədə seçim edəcək.


A.Qorxmaz