Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 11:33:01
Nazirlikdən MİQ imtahanları verən Azərbaycan dili və ədəbiyyat müəllimlərinə XƏBƏR VAR

Bu gün saat 16:00-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan sualları canlı yayımda şərh ediləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, canlı yayımı Elm və Təhsil Nazirliyi, Təhsil TV-nin Facebook və YouTube  səhifələrindən izləmək mümkün olacaq.

Qeyd edək ki, MİQ-də Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan verən nazmiədlərlə Elm və Təhsil Nazirliyi arasında qalmaqal yaşanır. Namizədlər iyulun 14-də keçirlən imtahanlara salınan sualların qəsdən təhrif edildiyini, əvvəlcədən müəyyənləşdirlən çərçivədən kənara çıxıldığını bildiri, nazirlikdən açıqlama tələb edirlər. 


A.Qorxmaz