Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 09:35:00
MİQ: 14 iyul II seans imtahanından ən çox bal toplayanlar - FOTO  

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinın IV gününün ikinci seansında ingilis dili, təsviri incəsənət fənləri üzrə namizədlər dəvət olunub.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, test imtahanı mərhələsində İngilis dili fənni üzrə ən yüksək balı Aytac Mahmudova  (100/88,75), Əsmər Kərimova (100/88.75) və Humay Mehtiyeva (100/86,25), Təsviri incəsənət fənni üzrə isə ən yüksək balı Əminə Ağabəyova (100/95) Könül Məhəmmədli  (100/90) və Vəfa Süleymanova (100/88,75) toplayıblar.

 

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edib. Ümumilikdə 58 minə yaxın namizədin iştirak etdiyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib.