Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 14:54:14
Ən çox və ən az məzunu ali məktəbə qəbul olunan rayonlar - SİYAHI

Ötən il I-IV qruplarda qəbul imtahanına qatılan abituriyentlərin 16 faizi 100 baldan aşağı nəticə göstərib.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) ötən ilin qəbul göstərəcililənə dair statistik hesabatında bildirilib.

DİM-ın məlumatına görə, bəzi bölgələrin göstəriciləri digərləri ilə müqayisədə daha çox pisdir. Siyəzən, Şabran, Ağsu, Xocalı, Beyləqan, Lənkəran, Xaçmaz, Sabirabad, Daşkəsən rayonlarının və Gəncə şəhəri məzunlarını təmsil edən abituriyentlərin 20 faizindən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

Ötən il məzunlar arasında ali təhsil ocaqlarına qəbul olunanların ən çox paya sahib olduğu bölgə Naxçıvan Muxtar Respublikasıdır. Ötən il Naxçıvan şəhərindəki məktəblərdən məzun olan 793 məzundan 62.4 faizi universitetlərə qəbul edilib. Bu, ölkə üzrə ən yüksək göstəricidir.

Naxçıvan şəhəri ilə yanaşı, Şahbuz, Ordubad və Culfa rayonları da həmin göstərici baxımından ölkə üzrə ilk beşlikdədir. Ən yaxşı dördüncü nəticə isə Qubadlı rayonundadır. Ötən il Qubadlı məktəblərindən məzun olan 649 şagirdin 375-i (58 faizi) tələbə adını qazanıb.

Məzunların tələbə adı qazanması baxımından ən zəif nəticə Sabirabad rayonunda qeydə alınıb. Ötən il Sabirabad məktəblərindən məzun olan şagirdlərin cəmi 22 faizi ali təhsil ocaqlarına qəbul olunuub. Bu göstərici baxımından Qusar (24 faiz) və Şabran (26 faiz) rayonları da ən zəif göstəricisi olan üç rayon arasındadır.