Azedu.az

Bakı məktəblisi dünya çempionatında uğurla çıxış edib  

Orta təhsil

3 Oktyabr 2018, 10:39
Bakı məktəblisi dünya çempionatında uğurla çıxış edib  

Paytaxt məktəblisi Rusiyada keçirilən universal döyüş üzrə dünya çempionatında ikinci yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildiriblər ki, bu qurumun tabeliyindəki 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mehman Səfərov 95 kiloqram çəki dərəcəsində uğurla çıxış edib.

Çempionatın nəticələrinə əsasən M.Səfərov diplom və medallarla təltif olunub.

Qeyd edək ki, bu, məktəblinin ilk uğuru deyil. O, bir sıra ölkədaxili və beynəxalq səviyyəli yarışlarda parlaq uğurlara imza atıb.

TƏCİLİ! Türkiyədən Bakıya rədd cavabı - Gərginlik niyə dayanmır?
Son xəbərlərDaha çox